525.Az

İraq ordusu Əl-Falluca şəhərini "İŞİD"dən azad etmək üçün hücuma başlayıb


 

İraq ordusu Əl-Falluca şəhərini "İŞİD"dən azad etmək üçün hücuma başlayıb<b style="color:red"></b> İraq ordusunun bölmələri Əl-Falluca şəhərinin "İŞİD" terrorçularından azad edilməsi üçün hücuma başlayıb.
 
APA-nın məlumatına görə, “As-Sumariya” telekanalı bu xəbəri əməliyyata rəhbərlik edən general Aldel Vahhab əs-Sədiyə istinadən yayıb.
 
General bildirib ki, təhlükəsizlik qüvvələri uğur əldə edə bilib, lakin "İŞİD" silahlıları müqavimət göstərməyə davam edirlər.
 
Öz növbəsində İraq polisinin nümayəndəsi Raed Şakir Caudat bildirib ki, hökumət qüvvələri döyüş zonasından əsasən qadın və uşaqlar olmaqla 800 vətəndaşı çıxara bilib.
 
Bəzi mənbələrə görə, Əl-Fallucada azı 50 min sakin var. "İŞİD" onlardan “canlı sipər” kimi istifadə edir.
 





30.05.2016    çap et  çap et