525.Az

Səfər Əbiyev Abdulla Gül və Ərdoğanla görüşüb (FOTO)


 

Səfər Əbiyev Abdulla Gül və Ərdoğanla görüşüb<b style="color:red"> (FOTO)</b>

Türkiyədə rəsmi səfərdə olan Azərbaycanın müdafiə naziri general-polkovnik Səfər Əbiyevin bu gün qardaş ölkənin Prezidenti Abdullah Gül və Baş nazir Rəcəb Tayyib Ərdoğanla görüşü olub.

525.az-ın Müdafiə Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, nazir Səfər Əbiyev həm Türkiyə Respublikasının Prezidentinə, həm də Baş nazirinə Azərbaycan Prezidenti İlham Əliyevin salamlarını çatdırıb.

Hər iki görüş zamanı ölkələr arasında mövcud olan qardaşlıq münasibətləri barədə geniş fikir mübadiləsi aparılıb.

Daha sonra nazir Səfər Əbiyevin Türkiyə müdafiə sənayesi müstəşarının müavini Faruk Özli ilə də görüşü olub.

 





19.02.2013    çap et  çap et