525.Az

Tanınmış rəssam Fərid Rəsulov beynəlxalq mükafata layiq görüldü


 

Tanınmış rəssam Fərid Rəsulov beynəlxalq mükafata layiq görüldü<b style="color:red"></b>

Azərbaycanlı rəssam Fərid Rəsulov müasir incəsənət sahəsində “Ən yaxşı heykəl və instalyasiya” nominasiyasında “Art Laguna Prize 2016” beynəlxalq mükafatına layiq görülüb.

AZƏRTAC buro247.az saytına istinadla xəbər verir ki, İtaliyanın “MoCA” (Modern Contemporary Art) mədəniyyət assosiasiyası tərəfindən təsis olunmuş mükafatın təqdim edilməsi mərasimi İtaliya Respublikasının Prezidenti, Xarici İşlər Nazirliyi və Venesiya Ka Foskari Universitetinin dəstəyi ilə baş tutub.

Qeyd edək ki, mükafat rəssamlara öz istedadlarını göstərmək, beynəlxalq səviyyədə tanınmaq və 7 min avro qazanmaq imkanı yaradır.

 





31.05.2016    çap et  çap et