525.Az

Cavid Hüseynova hökm oxundu


 

Cavid Hüseynova hökm oxundu<b style="color:red"></b> Bu gün Səbail rayon Məhkəməsində jurnalist Rasim Əliyevin ölümü ilə bağlı cinayət işi çərçivəsində həbs edilən futbolçu Cavid Hüseynovun məhkəməsi başa çatıb.
 

525.az-ın Lent.az-a istinadən yaydığı xəbərə görə, hakim Elmar Rəhimovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Hökmə əsasən Cavid Hüseynov 4 il müddətinə azadlıqdan məhrum edilib.
 
Xatırladaq ki, prokuror Cavid Hüseynovun 4 il müddətinə azadlıqdan məhrum edilməsini istəmişdi.
 
Qeyd edək ki, Cavid Hüseynov jurnalist Rasim Əliyevin ölümü ilə bağlı təqsirləndirilir. Bu iş üzrə təqsirləndirilən digər  şəxslərə hökm oxunub. Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Kənan Mədətov və Samir Mustafayevin hər biri 9 il, Camal Məmmədov 11 il , Arif Əliyev 12 il 6 ay, Elşən İsmayılov 13 il müddətinə azadlıqdan məhrum ediliblər.
 
Həmin cinayət işinin materiallarından Cavid Hüseynovun Cinayət Məcəlləsinin 307.1 (ağır cinayətin hazırlanması və törədilməsini bilərək həmin cinayət barəsində xəbər verməmə) və 307.2-ci (qabaqcadan vəd etmədən ağır cinayəti gizlətmə) maddələri ilə təqsirləndirilməsinə dair hissə ayrıca icraata verilib.
 





31.05.2016    çap et  çap et