525.Az

“Mərhəmət” Kimsəsizlərə Yardım İctimai Birliyi Türkiyədə - Fotolar


 

MƏQSƏD ERMƏNİLƏRİN İŞĞALÇI, TƏCAVÜZKAR MAHİYƏTİNİ DÜNYA İCTİMAİYYƏTİNİN DİQQƏTİNƏ ÇATDIRMAQDIR

“Mərhəmət” Kimsəsizlərə Yardım İctimai Birliyi Türkiyədə - <b style="color:red">Fotolar</b>

Mayın 20-dən 25-dək Türkiyədə Mədəniyyət və Turizm Nazirliyinin maliyyə dəstəyi ilə “Mərhəmət” Kimsəsizlərə Yardım İctimai Birliyi “Azərbaycanın İşğal olunmuş ərazilərindəki tarix və mədəniyyət abidələrinin xarici ölkələrdə təbliği” layihəsi çərçivəsində tədbirlər həyata keçirib.

İstanbulda keçirilən tədbirlərdə Azərbaycandan Birliyinin sədri İradə Nəsirova, İnnovativ İdeyalar İnsitutunun direktoru Ramil Süleymanov, “Azərbaycan Aydınlar Ocağı” İctimai Birliyinin sədri Vüqar Qədirov, Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının "Qaçqın, köçkün, əlil və veteranların məsələləri" qrupunun üzvü Emin Həsənli, qardaş ölkədən isə İstanbul Anadolu Aydınlar Ocağının basqanı, professor İbrahim Öztək, Sakarya Universitetinin professoru Mustafa Cərrahoğlu, Tarix muzeyinin direktoru Timsal Qara Bəkirqızı və digər dəyərli qonaqlar iştirak ediblər.

Layihə rəhbəri İ.Nəsirova tədbir iştirakçılarına erməni işğalçılarının Azərbaycana vurduğu maddi və mənəvi ziyanlar barədə ətraflı məlumat verib.

Tədbirlərdə Vuqar Qədirov, Ramil Süleymanov, Emin Həsənli də çıxış edərək, ermənilərin Azərbaycan torpaqlarında apardığı vandalizm siyasəti haqqqında danışıblar.

Kazım Qarabəkir paşanın qızı Timsal xanım isə bildirib ki, Türkiyə hər zaman Azərbaycana dəstək olacaq. O ermənilərin keçmişi haqqında olduqca maraqlı tarixi faktlar açıqlayıb.

Qeyd edək ki, layihə çərçivəsində Azərbaycanın tarixi abidələrinə qarşı erməni vandalizmini əks etdirən film nümayiş olunub, tədbir iştirakçılarına təbliğat materialları təqdim edilib.

Türkiyədə keçirdikləri tədbirlərlə bağlı  İ.Nəsirova “525”ə bildirib ki, məqsəd ermənilərin işğalçı, təcavüzkar mahiyətini dünya ictimaiyyətinin diqqətinə çatdırmaqdır:

“Torpaqlarımızın 20 faizini işğal edən Ermənistam “Hərbi münaqişələr zamanı mədəni sərvətlərin qorunması haqqında” Haaqa Konvensiyası və “Mədəni sərvətlərin qeyri-qanuni dövriyyəsi haqqında” Paris Konvensiyasının müddəalarını kobud surətdə pozaraq, mütəmadi şəkildə Azərbaycanın mədəni sərvətlərini talamaqla məşğuldur. Ona görə də, ermənilərin əsl iç üzünü ifşa etmək, törətdikləri təcavüzkar əməllərin qarşısını almaq üçün 3 ay müddətində Türkiyə və Gürcüstanın ayrı-ayrı bölgələrində silsilə tədbirlər həyata keçirəcəyik”.

Ceyhun ABASOV

 





31.05.2016    çap et  çap et