525.Az

“Münaqişənin hərbi yolla həlli olduğuna inanmırıq”


 

“Münaqişənin hərbi yolla həlli olduğuna inanmırıq”<b style="color:red"></b> “Dağlıq Qarabağ münaqişəsinin danışıqlar vasitəsilə, sülh yolu ilə tənzimlənməsinin və atəşkəs rejiminə hörmət edilməsinin vacibliyini bildirdik”.
 
APA-nın xəbərinə görə, bu sözləri NATO-nun baş katibi Yens Stoltenberq Varvaşa Univeristetində erməni tələbənin Azərbaycan və Ermənistan təmas xəttində baş vermiş son hadisələrlə bağlı sualını cavablandırarkən deyib.
 
NATO-nun hadisələr zamanı sakit qalmadığını söyləyən Y. Stoltenberq təşkilatın bəyanatda çıxış etdiyini xatırladıb: “Biz bununla bağlı bəyanat verdik. Hər iki tərəfə atəşkəs rejiminə hörmət edilməsi ilə bağlı müraciət etdim. Münaqişənin hərbi yolla həllinə inanmıram”.
 





31.05.2016    çap et  çap et