525.Az

Bilik Fondu SOS Uşaq kəndinin sakinlərini təbrik etdi - Fotolar


 

Bilik Fondu SOS Uşaq kəndinin sakinlərini təbrik etdi - <b style="color:red">Fotolar</b>

Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu yarandığı vaxtdan əhalinin bütün zümrələrinə, xüsusilə məktəb yaşlı uşaqlara böyük diqqət və qayğı ilə yanaşır, onların Fondun həyata keçirdiyi bir çox layihələrə fəal şəkildə qoşulmasına çalışır.

Fonndan verilən məlumata görə, bütün bunların davamı kimi Bilik Fondu da mütəmadi olaraq istedadlı uşaqların sərgilərini keçirir, balaca rəssamlara verilən dəstək onların yaradıcılğının genişlənməsinə təkan verir. "Vətənin pərvəri ol", "Kitabi-Dədə Qorqud uşaqların gözü ilə", "Fidanların çiçək dünyası", "Xalq nağıllarımız balacaların fırçasında" mövzusunda keçirilmiş sərgilər uşaqların estetik ruhunun cilalanmasında, istedadlarinin stimullaşdırılmasında böyük rol oynayır.

Uşaqların kitaba, mütaliəyə marağının artırılması məqsədilə də silsilə tədbirlər, dəyirmi masalar təşkil olunur, uşaq yazarları ilə görüşlər keçirilir. Həmçinin, məktəblilərin vətənpərvərlik ruhunda tərbiyə olunmaları üçün onların Azərbaycan İncəsənəti Muzeyinə, Tarix Muzeyinə, Xalça Muzeyinə, Teatr Muzeyinə, Hərb Tarixi Muzeyinə, Qubadakı Soyqırım Memorial Kompleksinə vaxtaşırı səfərləri təşkil olunur. Uşaq və yeniyetmələr Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında, Gənc Tamaşaçılar Teatrında, Muğam Mərkəzində maraqlı tamaşalara dəvət olunurlar.

Valideyn qayğısından məhrum olan uşaqlar da Bilik Fondunun diqqət mərkəzindədir. Fondun əməkdaşları və Könüllülər Birliyinin üzvləri tez-tez uşaq evlərinə gedir, onların hərtərəfli inkişafı üçün müxtəlif tədbirlər keçirirlər.

Bu dəfə Bilik Fondu SOS Uşaq kəndində yaşayan balacaların bayramını təbrik edib.

Fondun təşkilatçılığı ilə 1 iyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə SOS Uşaq kəndində məskunlaşan uşaqlar Dövlət Pantomima Teatrında “Fəlakət” tamaşasına baxıblar.

Təbii fəlakətlər və onlardan qorunma yolları haqqında geniş informasiya verən tamaşa balacarın marağına səbəb olub.

 





31.05.2016    çap et  çap et