525.Az

Rusiyada yaşayış binasında uçqun


 

Rusiyada yaşayış binasında uçqun <b style="color:red"></b> Rusiyanın Kemerovsk vilayətinin Mejdureçensk şəhərində beş mərtəbəli yaşayış binasının girişi uçub.

APA-nın “RIA Novosti”yə istinadən verdiyi məlumata görə, bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyinin Sibir regional mərkəzinin mətbuat xidməti məlumat yayıb.
 
Binanın 3-cü girşində üz örtüyü birinci mərtəbədən 5-ci mərtəbəyə kimi çöküb. Hadisə zamanı bir nəfər ölüb, üç nəfər xəsarət alıb. Xəsarət alanların vəziyyəti orta-ağır qiymətləndirilir. Hadisə yerində 175 xilasedici və 39 texnika işləyir. Hadisənin səbəbləri araşdırılır.
 
Faktla bağlı Kemerovsk vilayəti üzrə istintaq idarəsi tərəfindən tikinti işləri aparılan zaman təhlükəsizlik qaydalarının pozulması maddəsi ilə cinayət işi başlanılıb.
 
İlkin məlumata əsasən, binanın birinci mərtəbəsində yerləşən mağazada təmir işləri görülüb. Təhqiqatçılar tikintinin qanun çərçivəsində aparılmasını araşdıracaqlar. Tikinti aparan şəxslər saxlanılıb.
 
Sakinlər evakuasiya olunub.
 





31.05.2016    çap et  çap et