525.Az

"Yuventus" "Barselona"nın daha bir futbolçusunu istəyir


 

"Yuventus" "Barselona"nın daha bir futbolçusunu istəyir<b style="color:red"></b>

"Yuventus" Daniel Alveşdən sonra "Barselona"nın daha bir futbolçusunu transfer etmək istəyir.

Qol.az-ın "AS" qəzetinə istinadən verdiyi məlumata görə, Turin təmsilçisi bu dəfə komandanın digər müdafiəçisi Xavyer Maskeranoya "elçi" düşüb.

31 yaşlı futbolçunun "Barselona" ilə iki illik müqaviləsi var. Lakin argentinalı futbolçunun özünü İtaliya A Seriyasında sınamaq istədiyi bildirilir. Bununla belə, Maskeranonun "Barselona"da qalacağı da istisna olunmur.

Qeyd edək ki, "Yuventus"un yaxın günlərdə "Barselona"dan Daniel Alveşlə 3 illik müqavilə imzalayacağı gözlənilir.

 





31.05.2016    çap et  çap et