525.Az

ANAMA iki ədəd partlamamış hərbi sursat aşkarlayıb


 

ANAMA iki ədəd partlamamış hərbi sursat aşkarlayıb<b style="color:red"></b> Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlik (ANAMA) mayın 31-də Agentlik tərəfindən Füzuli, Ağcabədi, Ağdam və Tərtər rayonlarında aşkar olunan Partlamamış Hərbi Sursatlar (PHS) haqqında hesabat açıqlayıb.
 
ANAMA-dan APA-ya verilən məlumata görə, Tərtər rayonunun Şıxarx kəndində 3 ev və həyətyanı sahədə 4 partlayış yerinə baxış keçirilib, 1 ədəd qrad raketinin mühərrik hissəsi aşkar edilərək götürülüb, 10 000 kv. m ərazi yoxlanılıb.
 
Rayonun Cəmilli kəndində 1 ev və həyətyanı sahədə 8 partlayış yerinə baxış keçirilib, 1 ədəd qrad raketinin mühərrik hissəsi aşkar edilərək götürülüb, 10 000 kv. m ərazi yoxlanılıb.
 
Ağcabədi rayonunun Yuxarı Qiyaməddinli kəndində 1 əkin sahəsində 1 partlayış yerinə baxış keçirilib, 5 000 kv. m ərazi yoxlanılıb.
 
Ağdam rayonunun Qaradağlı kəndində  1 ev və həyətyanı sahə və 1 əkin sahəsində 2 partlayış yerinə baxış keçirilib, 4 000 kv. m ərazi yoxlanılıb.
 
Füzuli rayonunun Şükürbəyli kəndi 4 otlaq sahəsində 4 partlayış yerinə baxış keçirilib, 2 171 kv. m ərazi yoxlanılıb.
 
Mayın 31-də 5 ev və həyətyanı sahə, 6 əkin sahəsi, 19 partlayış yerinə baxış keçirilib, 2 ədəd partlamamış hərbi sursat (Qrad raketinin mühərrik hissəsi) aşkar olunaraq götürülüb, 31 171  kv. m ərazi təmizlənib.
 
Ümumilikdə Agentlik tərəfindən 7 Aprel - 31 May 2016-cı il tarixlərində Zərdab, Tərtər, Ağcabədi, Ağdam, Füzuli, Goranboy, Tovuz, Samux, Şəmkir, Cəlilabad, Ucar rayonlarında, Mingəçevir, Sumqayıt və Bakı şəhərlərində 548 ev və həyətyanı sahə, 2 hərbi hissə, 2 kənd qəbiristanlığı, 4 kənd orta məktəbi, 1 tibb məntəqəsi, 21 ferma, əkin sahələri və 1 çaxır zavodu ərazisinə baxış keçirilib, 1 479 ədəd partlamamış hərbi sursat, 11 ədəd piyada əleyhinə mina (PMN), 2 ədəd piyada əleyhinə POMZ-2 və 6 ədəd tank əleyhinə mina aşkar olunaraq zərərsizləşdirilib.
 
Hal-hazırda Agentlik tərəfindən yaradılmış xüsusi təyinatlı mobil çevik qrupları minaaxtaran itlərin dəstəyi ilə təmas xəttində yerləşən kəndlərdəki evlərlə yanaşı məktəblər və digər obyektlərin yerləşdiyi ərazilərdə əməliyyatları davam etdirir.
 





31.05.2016    çap et  çap et