525.Az

Ərdoğan Merkelə zəng edərək "erməni soyqırımı" layihəsindən narahatlığını çatdırıb


 

Ərdoğan Merkelə zəng edərək "erməni soyqırımı" layihəsindən narahatlığını çatdırıb<b style="color:red"></b> Bu gün Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan və Almaniyanın federal kansleri Angela Merkel arasında telefon danışığı olub.
 
APA-nın "Hürriyet"ə istinadən verdiyi məlumata görə, telefon danışığı R. T. Ərdoğanın təşəbbüsü ilə baş tutub. Türkiyə prezidenti Bundestaqın gündəliyində olan uydurma "erməni soyqırımı" haqqında qətnamə layihəsindən narahatlığını bildirib.
 
Xatırladaq ki, uydurma "erməni soyqırımı"nın tanınmasını nəzərdə tutuan layihə iyunun 2-də Bundestaqda səsverməyə çıxarılacaq.
 





31.05.2016    çap et  çap et