525.Az

Sabah hava necə olacaq?


 

Sabah hava necə olacaq?<b style="color:red"></b> Respublika ərazisində qeyri-sabit hava şəraitinin fevralın 22-dək davam edəcəyi, fevralın 22-dən etibarən isə havanın  mülayimləşəcəyi gözlənilir.
 
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun baş hidroloqu Asif Verdiyevin sözlərinə görə, yaxın iki gün ərzində ölkə ərazisində buludlu hava şəraiti davam edəcək.
 
Fevralın 21-də Bakıda və Abşeron yarımadasında havanın əsasən buludlu olacağı, arabir yağış yağacağı gözlənilir. Mülayim cənub küləyi əsəcək. Axşama doğru şimal küləyi ilə əvəz olunacaq. Havanın temperaturunun gecə 3-6, axşam 7-10 dərəcə isti  olacağı proqnozlaşdırılır.
  
Fevralın 22-də buludlu hava şəraitinin hökm sürəcəyi, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim-cənub küləyi əsəcək. Havanın temperaturunun gecə 2-5, gündüz 6-10 dərəcə isti olacağı ehtimal olunur. 
 
Respublikanın ayrı-ayrı bölgələrində fevralın 21-də havanın yağıntılı olacağı, dağlıq və dağətəyi rayonlarda sulu qar və qar yağacağı gözlənilir. Temperaturun Aran rayonlarında gecə 0-5, gündüz 6-11 dərəcə isti , dağlarda gecə 3-8 dərəcə şaxta, gündüz 2-6 dərəcə isti  olacağı proqnozlaşdırılır.
 
Fevralın 22-də də buludlu hava şəraiti davam edəcək, havanın əsasən, yağmursuz keçəcəyi gözlənilir. Havanın temperaturunun Aran rayonlarında gecə 1-6, gündüz 8-13 dərəcə isti, dağlarda gecə 3-8 dərəcə şaxta, gündüz 2-7 dərəcə isti olacağı proqnozlaşdırılır.
 





20.02.2013    çap et  çap et