525.Az

Azərbaycanda pensiyaların verilməsi qrafiki müəyyənləşdi


 

Azərbaycanda pensiyaların verilməsi qrafiki müəyyənləşdi<b style="color:red"></b> DSMF və Maliyyə Nazirliyi arasında  razılaşma protokolu imzalanıb
 
“Ötən illər ərzində Dövlət Sosial Müdafiə Fondu (DSMF) tərəfindən əmək pensiyalarının maliyyələşdirilməsi vaxtında həyata keçirilib, pensiyaların hər ay üzrə əhaliyə çatdırılması təmin olunub”.

Lent.az-ın verdiyi məlumata görə, bunu DSMF sədri Səlim Müslümov söyləyib. Səlim Müslümov deyib ki, buna baxmayaraq müəssisə və təşkilatlar tərəfindən əməkhaqqı ödənişləri adətən ayın sonunda baş verdiyindən sosial sığorta haqlarının Fonda köçürülməsi də həmin tarixə təsadüf edir ki, bu da xərclərin müəyyən fasilələrlə maliyyələşdirilməsinə səbəb olur: “Bunun nəticəsində isə pensiyaların hansısa rayonda digər rayonla müqayisədə vətəndaşların hesablarına bir neçə gün fərqi ilə köçürülməsi müəyyən narazılıqlar yaradırdı. Bu kimi problemlərin qarşısının alınması məqsədilə yeni təkliflərin hazırlanıb. DSMF və Maliyyə Nazirliyi arasında birgə  aparılan müzakirələrin yekunu olaraq iki dövlət qurumu arasında pensiyaların əhaliyə vaxtında, sabit və dayanıqlı catdırılmasının təmin edilməsi barədə razılaşma protokolu imzalanıb”.

Səlim Müslümov nəzərə çatdırıb ki, bundan sonra pensiyaların ölkə üzrə maliyyələşdirilməsi qrafiki bir qədər də irəli çəkiləcək. Onun sözlərinə görə,  xəzinədarlıq orqanları tərəfindən pensiyaların vətəndaşların şəxsi hesablarına köçürülməsi Naxçıvan Muxtar Respublikası üzrə hər ayın 11-dək, Bakı şəhərinin rayonları üzrə hər ayın 13-dək, əhalisi məcburi köçkün olan rayonlar üzrə hər ayın 16-dək, respublika tabeli şəhərlər üzrə hər ayın 18-dək, digər rayonlar hər ayın 24-dək, hərbi qulluqçular və xüsusi rütbəli şəxs kateqoriyasından olan pensiyaçılar üzrə hər ayın 29-dək yekunlaşdırılacaq. Qrafiklə müəyyən olunmuş tarixlər istirahət və bayram günlərinə təsadüf etdikdə istirahət və bayram günlərindən sonrakı iş günündə icra ediləcək. Bayramlar və dövlət əhəmiyyətli tədbirlər olduğu aylarda bu qrafikin müəyyən olunmuş vaxtdan əvvəl icrasının həyata keçirilməsi nəzərdə tutulub.
 





20.02.2013    çap et  çap et