525.Az

Mayda Bakıda ictimai nəqliyyatda ödəniş kartla ediləcək


 

Mayda Bakıda ictimai nəqliyyatda ödəniş kartla ediləcək<b style="color:red"></b>

Bu ilin may ayından Bakı şəhərinin ictimai nəqliyyat sektorunda vahid ödəmə sisteminin tətbiqi gözlənilir.

«APA-Economics»in məlumatına görə, bunu Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin (NİİM) texniki istismar üzrə direktoru İbrahim Əliyev bildirib.
 
Onun sözlərinə görə, bu layihə çərçivəsində artıq bir çox texniki hazırlıq işləri görülüb. Yeni sistemin tətbiqi məqsədilə Koreya, Türkiyə və Avropanın bir neçə ölkəsinin təcrübəsi öyrənilib. Yeni sistemin tətbiqi çərçivəsində dövriyyəyə buraxılacaq vahid ödəmə kartından sərnişinlər avtobus və metroda istifadə edə biləcəklər. Həmin kartlara sərnişinlər istədikləri pul məbləğini yükləyərək ödənişləri nağdsız şəkildə aparacaqlar. Kartların yüklənməsi üçün isə dayanacaqlarda xüsusi monitorlu temirnallar quraşdırılacaq.

 





20.02.2013    çap et  çap et