525.Az

Bakı metrosunda qatarların hərəkətində ləngimə yaranıb


 

Bakı metrosunda qatarların hərəkətində ləngimə yaranıb<b style="color:red"></b>

Bakı metrosunda qatarların hərəkətində problem yaranıb.

APA-nın 28 May stansiyasında olan əməkdaşının verdiyi məlumata görə, yarım saata yaxındır ki, Həzi Aslanov - İçərişəhər, Həzi Aslanov – Dərnəgül xətti və əks istiqamətlər üzrə qatarların hərəkəti dayanıb.
 
Metroda sərnişin sıxlığı yaranıb. Stansiyanın növbətçi dispetçeri sərnişinlərə metroda nasazlıq yaranması barədə xəbərdarlıq edib.
 
Bakı Metropolitenindən APA-ya hadisənin səbəblərini izah etmək istəməyiblər. Metropolitenin məlumat bürosundan bildirib ki, qatarların hərəkətində yaranan problem texniki nasazlıqla bağlıdır və artıq həll edilib.

 





20.02.2013    çap et  çap et