525.Az

Papa olmaq istəyən kardinalla bağlı skandal


 

Papa olmaq istəyən kardinalla bağlı skandal<b style="color:red"></b>

16-cı Venediktin istefa verəcəyini açıqlamasından sonra martda keçiriləcək Papa seçkilərində iştirak etməsi gözlənilən amerikalı kardinal Mahoni ilə bağlı skandal yaranıb.

Mahonninin kilsədə pedofiliya hadisələrini ört-basdır etdiyi iddia olunur.

80-ci illərdə bəzi rahiblərin çox sayda uşağa təcavüz etməsini ört-basdır edərək cinayətkarlar haqda rəsmi dairələrə məlumat vermədiyi bildirilən kardinal Roger Mahoninin seçkilərdə iştirak edəcəyinin açıqlanması amerikalı katolikləri ayağa qaldırıb.

İtaliya mətbuatının xəbərinə görə, 50 minə yaxın üzvü olan "Catholics United" hərəkatı kardinala sərt şəkildə etiraz edərək "Yaxşısı budur sən Los-Ancelesdə, evində qal" mesajı verib. "Washington Post" qəzeti idə kardinal haqda "Kamerada olmadığı üçün çox şanslıdır" deyə yazıb.

 





20.02.2013    çap et  çap et