525.Az

Şahin Seyidzadə : “Gənc üçün “uğurlu lider” obrazı çox vacibdir”


 

Şahin Seyidzadə : “Gənc üçün “uğurlu lider” obrazı çox vacibdir”<b style="color:red"></b>

“Gənc yalnız uğurlu liderin yanında uğur qazana bilər”  – sözləri ilə, Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının sədri Şahin Seyidzadə ölkənin bugünki fəal, intellektual və uğurlu gəncləri və onların əhatə edən prosesslərə öz münasibətini bildirib.

Ş.Seyidzadə 525.az-a açıqlamasında bildirib ki, son zamanlar “gənclik” ölkədə baş verən heç bir prosesdən kənarda qalmayaraq, “trend”-ə çevrilib: “Mütəmadı olaraq gənclər haqqında yazılır, onların problemləri işıqlandırılır, onların iştirakı ilə bir çox tədbirlər təşkil olunur, eləcə də, onların inkişafı naminə dövlət və ictimai alətlər inkişaf etdirilir. Digər təfərdən gənclər özləri də fəal olmağa və ölkənin ictimai-siyasi həyatında daha da fəal iştirak etməyə maraq göstərirlər. Bugün, savadlı gənclər, öz uğurlu gələcəyinə təsir etmək imkanı olan əhəmiyyətli resursdur. Bu gün gənc nəticəni tez görməyi və onu tez əldə etməyi arzulayır, ona stabil və uğurlu gələcək lazımdır, o hər zaman uğurun “yanında olmaq” istəyir, lakin “uğursuzuqla” üzləşdikdə dərhal “günahkar” axtarır. Sözsüz ki, uğura istiqamətləmək “uğurlu lider” obrazını tələb edir. Gənc üçün “uğurlu lider” obrazı çox vacibdir, əks halda – “uğursuz” obraz onun üçün şəxsi inkişafında “uğursuz ssenari”si yarana bilər. Bu yalnız işdə, biznesdə, təşkilatda yaradılmış “uğurlu obraz”lara aid deyil, eyni zamanda uğurlu siyasi lider, xalqın liderlərinə də aid edilir - əgər şirkət və dövlətin rəhbəri idarə etdiyi şirkəti və ya ölkəni uğurlu inkişafa və stabilliyə gətirib çıxarmırsa, o zaman onunla birlikdə olanlar necə uğurlu ola bilər? Gənc yalnız uğurlu liderin yanında uğur qazana bilər!”

AQİL

 





20.02.2013    çap et  çap et