525.Az

IV Beynәlxalq Mahmud Qaşqarlı Hekayә Müsabiqәsi - Elan


 

IV Beynәlxalq Mahmud Qaşqarlı Hekayә Müsabiqәsi - <b style="color:red">Elan </b>

Ölkələrdə son təqdim tarixi:  15 avqust 2016 -cı il

Ölkələrdə dərəcəyə girənlərin elan edilməsi: 30 sentyabr 2016-cı il

Ölkələrdə mükafatvermə mərasimlərinin təşkili: oktyabr-noyabr 2016-cı il

Beynəlxalq dəyərləndirmə: oktyabr 2016-cı il

Beynəlxalq mükafatvermə mərasimi:  dekabr 2016-cı il 

Ölkələrdə təqdim yeri: Jurnal və Birlik ünvanlarından biri müəyyən edilib elan veriləcək. 

ÖLKƏ MÜNSİFLƏR HEYƏTLƏRİ

Ədəbiyyat Jurnalları və Yazıçılar Birlikləri tərəfindən müəyyən olunan beş yazıçıdan ibarət olacaq. 

ÖLKƏLƏRDƏ MÜKAFATLAR

Birinci yer:           3000 lirә

İkinci yer:            1500 lirә

Üçüncü yer:         1000 lirә 

MÜSABİQƏ ŞƏRTNAMƏSİ

1.     Müsabiqədə iştirak edən əsərlər müəyyən edilən ünvanlara şəxsən, e-poçt və ya poçt vasitəsilə təslim ediləcək.

2.     Müsabiqədə iştirak edəcək olan əsərlər daha əvvəl heç bir müsabiqədə mükafat almamalı və hər hansı bir yerdə dərc olunmamalıdır.

3.     Hekayə mövzusu sərbəstdir.

4.     Ən çox iki ayrı hekayə ilə iştirak etməyin mümkün olduğu müsabiqədə göndərilən hekayələrin hər biri ən az 1.000 (bir min), ən çox 10.000 (on min) sözdən ibarət olmalıdır.

5.     Müsabiqəyə göndərilən hekayələrin üzərində sadəcə təxəllüs yazılmalıdır. Təxəllüsdən başqa yarışmaçının şəxsiyyətini göstərən ad, soyad və ya hər hansı bir işarənin olması o hekayənin müsabiqəyə buraxılmamasına səbəb olacaq.

6.     Yarışmaçı adını, soyadını, ünvanını, tərcümeyi-halını və 1 ədəd şəklini ayrı bir zərfə qoyaraq üzərinə sadəcə təxəllüsünü yazıb, hekayənin qoyulduğu böyük zərfin içinə qoymalıdır.

7.     Kompüterdə 12 şrift ilə yazılacaq hekayələr 6 nüsxə olaraq göndərilməlidir.

8.     Müsabiqədə iştirak edəcək hekayələrin mətnləri geri göndərilməyəcək və mətnin sahibinin bu mövzuda etirazı qəbul edilməyəcək.

9.     Müsabiqədə mükafat qazanan əsərlərin bütün haqları Avrasiya Yazıçılar Birliyinə aiddir. 

Qaşqarlı Mahmud Beynəlxalq Hekayə Yarışması Beynəlxalq Dəyərləndirmə Heyəti

1. Azərbaycan: Anar

2. Balkanlar: Taner Güçlütürk

3. İraq: M.Ömər Kazancı

4. Qazaxıstan: Danday Iskak

5. Qırğızıstan: Kıdırali Konkabayev

6. Özbəkistan: Tahir Kahhar

7. Türkiyə: Ali Akbaş

8. Türkmənistan: Osman Çeviksoy

9. ŞKTR: İsmail Bozkurt 

BEYNƏLXALQ MÜKAFATLAR

Birinci yer:                                  15.000 TL

İkinci yer:                                    10.000 TL

Üçüncü yer:                                          7.500 TL

Həvəsləndirici mükafat:              2.500 TL

Beynəlxalq mükafat mərasimi Qazaxıstanın Almatı şəhərində keçiriləcək.

Azərbaycanda iştirakçılar müsabiqə üçün əsərləri bu ünvana göndərə bilərlər:

Bakı şəhəri,  Əhməd Cəmil küçəsi-64/66.  “525-ci qəzet”.

Tel: (012)510-28-83, (012)538-10-53; mobil: 050 263 72 13

E-mail: [email protected]

Cəmilə Cəfərova.

 





06.06.2016    çap et  çap et