525.Az

İsrail Obamanı "Şərəf"ləndirəcək


 

İsrail Obamanı "Şərəf"ləndirəcək<b style="color:red"></b>

İsrail ABŞ prezidenti Barak Obamaya "Şərəf" ordeni verəcək.

525.az-ın Türkiyə mediasına istinadən verdiyi məlumata görə, İsrailin BMT-dəki Daimi Nümayəndəliyindən verilən açıqlamada Obamanın gələn ay həyata keçirəcəyi İsrail səfərində  bu dövlətin mülki şəxslərə verdiyi ən yüksək mükafat olan "Şərəf" ordeni ilə mükafatlandırılacağı bildirilib.

Bu mükafat İsrail dövlətinin güclənməsi və İsrail vətəndaşlarının təhlükəsizliyinə töhfə verənlərə verilir.

Obama bu mükafatı alacaq vəzifə başındakı ilk ABŞ prezidenti olacaq.

 





20.02.2013    çap et  çap et