525.Az

Qazaxıstan Azərbaycan vətəndaşını beynəlxalq axtarışa verib


 

Qazaxıstan Azərbaycan vətəndaşını beynəlxalq axtarışa verib<b style="color:red"></b> Qazaxıstan Azərbaycan vətəndaşını İnterpol vasitəsi ilə beynəlxalq axtarışa verib.

Lent.az-ın məlumatına görə, 1952-ci ildə Bakıda anadan olmuş Rüstəm Qədirov Qazaxıstan Cinayət Məcəlləsinin dələduzluq maddəsi ilə şübhəli şəxs qismində beynəlxalq axtarışa verilib. R.Qədirov haqqında olan məlumatlarda onun rus və azərbaycanca danışdığı qeyd olunur.
 
R.Qədirov həm Azərbaycan, həm də Qazaxıstan vətəndaşıdır.
 





21.02.2013    çap et  çap et