525.Az

İmralıya gedən heyət təsdiqləndi


 

İmralıya gedən  heyət təsdiqləndi<b style="color:red"></b>

Günlərdir haqqında danışılan ikinci İmralı heyəti ilə bağlı son qərar verilib.

525.az-ın Türkiyə mediasına istinadən verdiyi məlumata görə, Ədliyyə Nazirliyi Barış və Demokratiya Partiyasının verdiyi siyahını təsdiqləyib.

Heyətə İstanbul millətvəkili Sırrı Sürəyya Öndər, Diyarbəkir millətvəkili Altan Tan və İqdır millətvəkili Pərvin Buldan daxildir.

Heyət şənbə günü İmralıya gedəcək, PKK terror təşkilatının lideri Abdulla Öcalanla görüşəcək.

 





21.02.2013    çap et  çap et