525.Az

Brüsseldə Xocalının anım mərasimi keçiriləcək


 

Brüsseldə Xocalının anım mərasimi keçiriləcək<b style="color:red"></b>

Fevralın 26-da Brüsseldə Avropa Azərbaycan Cəmiyyəti tərəfindən Avropa Parlamentində Xocalı faciəsinə həsr edilmiş anım mərasimi keçiriləcək.

525.az-ın məlumatına görə, tədbirdə Avropa Parlamentinin deputatları, region üzrə ekspertlər, beyin mərkəzlərinin təmsilçiləri, həmçinin media nümayəndələri də iştirak edəcəkdir.

Tədbirdə Xocalı faciəsi və Ermənistan – Azərbaycan Dağlıq Qarabağ münaqişəsi haqqında müzakirələr olacaqdır. Avropa İttifaqının üzv dövlətləri Çexiya və Rumıniya parlamentlərində Xocali faciəsinin bəşəriyyətə qarşı cinayət kimi tanınması barədə  qəbul olunmuş qərarların əhəmiyyəti də vurğulanacaq.

 





21.02.2013    çap et  çap et