525.Az

Azərbaycan beynəlxalq turizm sərgisində mükafatlandırıldı


 

Azərbaycan beynəlxalq turizm sərgisində mükafatlandırıldı<b style="color:red"></b> Azərbaycan Seulda keçirilən “KOTFA” beynəlxalq turizm sərgisində mükafatlandırılıb.
 
Mədəniyyət və Turizm Nazirliyinin informasiya və ictimaiyyətlə əlaqələr şöbəsindən APA-ya verilən məlumata görə, Azərbaycan “Ən yaxşı turizm nəşrləri” mükafatına layiq görülüb.
 
Nazirlikdən bildiriblər ki, sərgidə Azərbaycanı Mədəniyyət və Turizm Nazirliyinin nümayəndə heyəti ilə yanaşı, “Silk Way travel” və “Geo-travel” turizm şirkətləri təmsil ediblər.
 
Beynəlxalq sərgidə Azərbaycanın turizm imkanlarını əks etdirən və 27 m² sahəsi olan milli stenddə mədəniyyətimiz, tariximiz, eləcə də, ölkəmizin görməli yerləri haqqında Koreya və ingilis dillərində müxtəlif növ reklam-çap məhsulları və videoçarxlar nümayiş olunub.
 
Tədbirdə eyni zamanda Azərbaycanın turizm potensialının Koreyada daha geniş tanıdılması məqsədilə bir sıra şirkətlərlə görüşlər keçirilib.
 
Qeyd edək ki, Cənub-Şərqi Asiya regionunun ən böyük turizm sərgilərindən olan KOTFA sərgisində Azərbaycan 4-cü dəfədir təmsil olunur.
 





13.06.2016    çap et  çap et