525.Az

Fanatlardan idmançılara möhtəşəm sürpriz- VİDEO


 

Fanatlardan idmançılara möhtəşəm sürpriz- <b style="color:red">VİDEO</b> Tərəfdarları üçün kamera qarşısına keçib "Duman"-ın "Senden daha güzel" mahnısını səsləndirən Anadoli Efes İdman Klubunun oyunçuları xəbərləri olmadan yeni bir reklam filmində rol alıblar və bu dəfə fanatlar oyunçular üçün eyni mahnını səsləndiriblər.

525.az-ın Türkiyə mediasına istinadən verdiyi məlumata görə, reklamda Anadolu Efes basketbolçuları klassik musiqi konsertinə getdiklərini zənn ediblər. Onlara ediləcək surprizdən xəbərsiz olan basketbolçular oturub musiqini dinləməyə başlayıblar. Oyunçular dəvət edildikləri konsertdə darıxmağa başlayınca isə, orkestr "Senden daha güzel" mahnısını çalmağa başlayıb. Sonra salonun müxtəlif yerlərindən bir-bir, iki-iki qalxan tərəfdarlar mahnının sözlərini oxumaya başlayıblar.
 





21.02.2013    çap et  çap et