525.Az

Gəncə "ASAN xidmət"in könüllülərindən "Məhəbbətin qənimi"


 

Gəncə "ASAN xidmət"in könüllülərindən "Məhəbbətin qənimi" <b style="color:red"></b>

Azərbaycan Dövlət Rus Dram Teatrının səhnəsində Gəncə "ASAN xidmət" mərkəzinin könüllüləri "Məhəbbətin qənimi" tamaşasını təqdim ediblər.

Trend-in məlumatına görə, könüllülər şairə Xəzangül Hüseynovanın "Məhəbbətin qənimi" pyesi əsasında səhnələşdirilmiş eyniadlı tamaşanı öz rolları ilə canlandırıblar. Faiq Qasımovun quruluş verdiyi tamaşada 10 könüllü rol alıb.

Xronometrajı 1 saat 20 dəqiqə olan tamaşada ərlə arvad arasında yaranan ailə münaqişəsinin faciəvi sonluğundan bəhs olunur.

Qeyd edək ki, ilk dəfə bu tamaşa Gəncə Dövlət Dram Teatrında təqdim olunub və səhnə əsəri tamaşaçılar tərəfindən maraqla qarşılanıb.

 





16.06.2016    çap et  çap et