525.Az

Rusiya “T-90C” tanklarının Azərbaycana tədarükünü başa çatdırıb


 

Rusiya “T-90C” tanklarının Azərbaycana tədarükünü başa çatdırıb<b style="color:red"></b> Rusiya “T-90C” tanklarının Azərbaycana tədarükünə dair öhdəliklərini tam olaraq yerinə yetirib.
 
APA-nın “TASS”a istinadən verdiyi xəbərə görə, bu barədə ötən gün jurnalistlərə “Uralvaqonzavod” korporasiyasının baş direktoru Oleq Siyenko bildirib.
 
“Tam olaraq yerinə yetirmişik, tədarüklər başa çatdırılıb”, - deyə Siyenko Sankt Petrburq Beynəlxalq İqtisadi Forumda müvafiq suala cavab olaraq  bildirib. 
 
Bundan əvvəl Rusiya istehsalı “PDM-3” piyadaların döyüş maşınlarının Azərbaycana tədarükünün 2016-cı ildə başa çatdırılacağı barədə məlumat yayılmışdı.  
 
Rusiya və Azərbaycan arasında 2010-cu ildə silah və texnikanın tədarükünə dair razılıq əldə olunub.

“Rosoboroneksport”dan 1 mlrd. dollar dəyərində olan bu sazişlər paketinin 2017-ci ildə icra olunacağı bildirilib.
 





17.06.2016    çap et  çap et