525.Az

Şagirdlərin illik qiymətləndirilməsi qaydalarında dəyişikliklər


 

Şagirdlərin illik qiymətləndirilməsi qaydalarında dəyişikliklər <b style="color:red"></b> Azərbaycanın ümumi təhsil müəssisələrində şagirdlərin sinifdən-sinfə keçirilməsi üçün illik qiymətləndirilməsində dəyişiklər edilib.

APA-nın xəbərinə görə, dəyişikliklər təhsil naziri Mikayıl Cabbarovun “Ümumtəhsil məktəblərində məktəbdaxili qiymətləndirmənin aparılmasına dair müvəqqəti təlimat”ında dəyişiklik edilməsi barədə əmrinə əsasən həyata keçirilir.
 
Əvvəllər mövcud olan cədvələ əsasən, şagird I yarımildə (Y1) “2” II yarımildə (Y2) “2” qiymət alırdısa illik qiymət “2, Y1-də “2”, Y2-də “3” alırdısa, ilik qiyməti “3”, Y1-də “2”, Y2-də “4” alırdısa, illik qiymət “3”, Y1-də “2” Y2-də “5” alırdısa, illik qiymət “4” çıxarılırdı. Bundan əlavə, Y1-də “3”, Y2-də “2” aldıqları halda illikdə “2”, Y1-də “3”, Y2-də “3” alırsa, illikdə “3”, Y1-də “3”, Y2-də “4” alırsa, illikdə “4” Y1-də “3”, Y2-də “5” alırsa, illik qiymət “4”, Y1-də “4”, Y2-də “2” alırsa, illik “2”, Y1-də “4”, Y2-də “3” alırsa, illik “4”, Y1-də 4”, Y2-də “4” alırsa, illik “4”, Y1-də “4”, Y2-də “5” alarsa illik “5”, Y1-də “5”, Y2-də “2” alarsa, illik “2”, Y1-də “5”, Y2-də “3” alırsa, illik “4”, Y1-də “5”, Y2-də “4” alırsa, illik “5”, Y1-də “5”, Y2-də 5 alırsa, illikdə “5” qiyməti alırdı.
 
Təlimatda edilən dəyişikliyə əsasən, bu ildən şagird I yarımildə (Y1) “2” II yarımildə (Y2) “2” qiymət alırdısa illik qiymət “2, Y1-də “2”, Y2-də “3” alırdısa, ilik qiyməti “3”, Y1-də “2”, Y2-də “4” alırdısa, illik qiymət “3”, Y1-də “2” Y2-də “5” alırdısa, illik qiymət “4” çıxarılacaq. Bundan əlavə, Y1-də “3”, Y2-də “2” aldıqları halda illikdə “2”, Y1-də “3”, Y2-də “3” alırsa, illikdə “3”, Y1-də “3”, Y2-də “4” alırsa, illikdə “4” Y1-də “3”, Y2-də “5” alırsa, illik qiymət “4”, Y1-də “4”, Y2-də “2” alırsa, illik “3”, Y1-də “4”, Y2-də “3” alırsa, illik “3”, Y1-də 4”, Y2-də “4” alırsa, illik “4”, Y1-də “4”, Y2-də “5” alarsa illik “5”, Y1-də “5”, Y2-də “2” alarsa, illik “3”, Y1-də “5”, Y2-də “3” alırsa, illik “4”, Y1-də “5”, Y2-də “4” alırsa, illik “4”, Y1-də “5”, Y2-də 5 alırsa, illikdə “5” qiyməti alacaq.
 
Əmrə əsasən, “Böyük summativ qiy­mət­ləndirmə yarımillərin sonunda təhsil müəssisəsinin rəhbərliyi tərəfindən yaradılan müvafiq komissiyanın nəzarəti ilə Təhsil Nazirliyinin təqdim etdiyi qiymətləndirmə vasitələrindən istifadə edilməklə fənni tədris edən müəllim tərəfindən aparılır.
 





17.06.2016    çap et  çap et