525.Az

9 azərbaycanlı Rusiyadan deportasiya ediləcək


 

9 azərbaycanlı Rusiyadan deportasiya ediləcək<b style="color:red"></b>

Rusiyanın Sankt-Peterburq şəhərində kütləvi davada iştirak edən 9 azərbaycanlı bu ölkədən deportasiya olunacaq.

anspress-in Rusiya mətbuatına verdiyi xəbərə görə, məsələ ilə bağlı məlumat Sankt-Peterburq hüquq-mühafizə orqanlarının əməkdaşlarının keçirdiyi iclasında açıqlanıb.

Xatırladaq ki,azərbaycanlıların iştirakı ilə kütləvi dava fevralın 19-da saat 19.30 radələrində Rusiyanın Sankt-Peterburq şəhərindəki Dimitrov küçəsində kafelərin birində olub. Polis davada iştirak edən 15 nəfəri tutub.
Dava nəticəsində 4 nəfər ağır yaralanaraq xəstəxanaya yerləşdirilib. Polis hadisə yerindən bıçaq, tapança, taxta parçası, beysbol ağacı, ov tüfəngi və soyuq silahlar tapıb. Araşdırmalar zamanı insidentin milli zəmində olmadığı müəyyən olub.

 





22.02.2013    çap et  çap et