525.Az

Ukraynada Xocalı qurbanlarının xatirəsinə qanvermə askiyası keçirilib (FOTO)


 

Ukraynada Xocalı qurbanlarının xatirəsinə qanvermə askiyası keçirilib<b style="color:red"> (FOTO)</b>

Ukrayna Azərbaycanlı Gənclər Birliyinin təşəbbüsü ilə Kiyev şəhərindəki 3 sayli klinik xəstəxanada Xocalı soyqrımı qurbanlarının xatirəsinə həsr olunmuş qanvermə aksiyası keçirilib.

UAGB –nin mətbuat xidmətindən 525.az-a verilən məlumata görə, Xocalı ayı çərçivəsində  keçirilən qanvermə aksiyasına Ukraynanın bir sıra yerli gənclər təşkilatlarıda qoşulub

"Ermənilər 21 il bundan öncə Xocalı şəhərində axıtdıqları günahsız insan  qanına görə beynəlxalq məhkəmə qarşısında cavab verməlidir”. Bu devizlə gün ərzində Kiyev şəhərindəki  3 saylı klinik xəstəxanaya gələn azərbaycanlı və ukraynalı gənclər Xocalıda erməni vəhşiliyinə məruz qalan uşaqların,qadınların ,qocaların və dinc əhalinin xatirələrini talesimiyalı xəstələrə qan verməklə yad ediblər.Aksiya iştirakçılarına ermənilərin 1992-ci ildə xocalı şəhərində törətdikləri soyqrım siyasəti haqqında ətraflı məlumat verən Ukrayna Azərbaycanlı Gənclər Birliyinin sədr müavini Cavid Hüseynzadə aradan 21 il ötməsinə baxmayaraq dünya birliyinin belə bir bəşəri cinayətə qiymət verməməsini tarixi ədalətsizlik kimi dəyərləndirib. Gənclərin Xocalı qurbanlarının xatirəsini xəstələrə qanvermə aksiyası keçirməklə yad etmələrini hümanist addım kimi dəyərləndirən Kiyev şəhər 3 sayli xəstəxananın  qanköçürmə şöbəsinin müdiri Olqa Skandala 1992-ci ildə xocalıda baş vermiş qanlı faciəni insanlığa yönəlik bəşəri cinayət adlandırıb. Əyinlərində xocalıya ədalət yazılmış köynəklərlə qanvermə aksiyasına qoşulan azərbaycanlı və ukraynalı gənclər 21 il bundan öncə əlləri azərbaycan xalqının qanına batan hazırkı ermənistan rəhbərliyinin  beynəlxal məhkəmə qarşısında cavab vermələrinin vacibliyini vurğulayıblar.

"Bu faciə ermənilərin  Azərbaycan xalqına  qarşı həyata keçirtdiyi  soyqrım aktıdır.Biz bu gün  qanvermə aksiyasına qoşulmaqla beynəlxalq ictimaiyyətin diqqətini bu amansız faciəyə yönəltməyə çalışırıq.İnanırıq ki,Ukrayna parlamentidə xocalı faciəsini  soyqrım aktı kimi qəbul edəcək Çünki, bunun başqa adı yoxdur"-deyə  Ukraynalı gənclər bu devizlə beynəlxalq təşkilatları  haqqa və ədalətə səsləyiblər

Gün ərzində qanvermə aksiyasına qoşulan gənclərə içərisində qarabağ həqiqətlərini və xocalı faciəsini  özündə əks etdirən film və kitablar təqdim olunub.


 

 





22.02.2013    çap et  çap et