525.Az

Vitse-spikerdən telekanallara xəbərdarlıq


 

Vitse-spikerdən telekanallara xəbərdarlıq<b style="color:red"></b>

Bu gün Milli Məclisdə "Reklam haqqında" qanuna dəyişiklik müzakirəyə çıxarılıb.

Lent.az-ın verdiyi məlumata görə, qanun layihəsi barədə Milli Məclisin İqtisadi siyasət komitəsinin sədri Ziyad Səmədzadə məlumat verib. Dəyişikliyə əsasən, özəl tibb fəaliyyəti subyektləri tərəfindən göstərilən tibbi xidmətlərin reklamının yayımı müvafiq icra hakimiyyəti orqanının rəyi əsasında qanunvericiliklə müəyyən edilmiş qaydada həyata keçiriləcək.
 
Özəl tibbi fəaliyyətinin reklamının məhdudlaşdırılmasını dəstəkləyən vitse-spiker Ziyafət Əsgərov bildirib ki, son zamanlar Azərbaycan teleseriallarında siqaret çəkilməsi görüntüləri var: “Qanunvericiliyimizdə tütünün reklamı qadağadır. Ancaq teleseriallarımızda tütün reklam olunur. Reklam o demək deyil ki, təkcə ayrıca çarx çəkilsin. Telekanallar serial çəkərkən bu məsələni nəzərə almalıdır”.


Qanun layihəsi səsverməyə çıxarılaraq qəbul edilib.

 





22.02.2013    çap et  çap et