525.Az

Ermənistandan Azərbaycana döyüş sursatı gətirilib


 

Ermənistandan Azərbaycana döyüş sursatı gətirilib<b style="color:red"></b> Ötən il Ermənistandan Azərbaycana döyüş sursatı gətirilib.
 
APA-nın “Aravot” qəzetinə istinadən verdiyi məlumata görə, bu barədə Ermənistan Dövlət gəlirləri Komitəsinin açıqlamasında deyilir.
 
Məlumata əsasən, söhbət Bakıda keçirilən I Avropa oyunlarında iştirak etmiş güllə atıcılığı üzrə Ermənistan yığması üçün nəzərdə tutulmuş güllələrdən gedir.
 
Məlumata əsasən, ümumilikdə Azərbaycana gömrük qiyməti 84,55 dollar olan 5,6 kalibrli 400 güllə gətirilib.
 
2014-cü ildə isə Ermənistana Azərbaycan xalçası aparılıb. Bildirilir ki, 2014-cü ilin 15 oktyabr tarixində “Matenadaran” Qədim Əlyazmalar İnstitutu tərəfindən mədəni sərvət qismində ABŞ-dan Ermənistana 3,12 kv/metr ölçülü, qiyməti 596,45 dollar olan  xalça aparılıb.
 
1940-50-ci ilə aid olduğu deyilən xalça Azərbaycan istehsalıdır və “Şəki-Şamaxı” xalçası adlanır.
 





20.06.2016    çap et  çap et