525.Az

Sürücülərə xəbərdarlıq


 

Sürücülərə xəbərdarlıq<b style="color:red"></b> Bakı şəhər Dövlət Yol Polisi İdarəsi sürücülərə müraciət edib.

İdarənin bölmə rəisi, polis polkovniki Vaqif Əsədov Lent.az-a bildirib ki, 26 fevral - Xocalı soyqırımının 21-ci ildönümü ilə əlaqədar Xətai rayonu ərazisindəki “Ana harayı” abidəsinə müxtəlif təhsil müəssisələrinin kollektivləri ziyarətə gəlirlər: “Artıq bir neçə gündür ki, Bakı məktəbliləri Xocalı prospektində yerləşən “Ana harayı” abidəsini ziyarət edirlər. Sürücülərə müraciət edərək bildiririk ki, bu istiqamətdə hərəkət edərkən diqqətli olsunlar. Burada məktəblilərin və azyaşlıların yolun hərəkət zolağına çıxması halları baş verə bilər. Ona görə də nəqliyyat vasitələrini idarə edən şəxslər maksimum diqqətli olmalıdırlar”.
 
Qeyd edək ki, bu gün saat 11 radələrində Xocalı prospektindəki abidə yaxınlığında avtomobil bir məktəblini vurub. 10-12 yaşlı oğlan xəsarət alıb və xəstəxanaya aparılıb
 





22.02.2013    çap et  çap et