525.Az

Əkrəm Əylisli mətbuatdan küsüb“


 

Əkrəm Əylisli mətbuatdan küsüb“<b style="color:red"></b>

Xeyli vaxtdır yerli mətbuata danışmağı dayandıran qalmaqallı “Daş yuxular” əsərinin müəllifi Əkrəm Əylisli bir daha yerli mətbuata açıqlama verməyəcəyini vurğulayıb.

O qeyd edib ki, bundan sonra əgər kimsə onun adından nələrsə yazarsa, qanun-qaydaları pozmuş olur.

“Çünki mən artıq 10 gündən çoxdur ki, yerli mətbuata açıqlama vermirəm və heç bir fikir bildirmirəm” – deyə Əkrəm Əylisli vurğulayıb.

Qeyd edək ki, Əkrəm Əylisli yazdığı “Daş yuxular” əsəri ilə böyük qalmaqala səbəb olmuşdu. Buna görə o, xalq yazıçısı titulundan və prezidentin fərdi təqaüdündən məhrum edilib.

 





22.02.2013    çap et  çap et