525.Az

Ronaldodan daha bir hörmətsizlik - Video


 

Ronaldodan daha bir hörmətsizlik - <b style="color:red">Video</b>

Portuqaliya millisinin hücumçusu Kriştiano Ronaldo yenidən diqqət mərkəzinə düşüb.

Qol.az-ın məlumatına görə, 31 yaşlı futbolçu ondan müsahibə götürmək istəyən jurnalistə qarşı hörmətsizlik edib.

Madrid "Real"ının ulduz futbolçusu "Avro-2016"nın qrup mərhələsində bu gün Macarıstanla qarşılaşacaqları oyunöncəsi ona sual verən telekanalın əməkdaşının mikrofonunu əlindən alaraq suya atıb.

Qeyd edək ki, Portuqaliya millisi "Avro-2016"da keçirdiyi iki oyundan sonra 2 xalla turnir cədvəlinin 3-cü pilləsində qərarlaşıb.

 





22.06.2016    çap et  çap et