525.Az

Prezident səfir və daimi nümayəndələrin təyin olunmasına dair sərəncamlar imzalayıb


 

Prezident səfir və daimi nümayəndələrin təyin olunmasına dair sərəncamlar imzalayıb

Emin Eyyubov Azərbaycanın Avropa Şurası yanında, Fuad İsgəndərov Azərbaycanın Avropa İttifaqı yanında nümayəndəliyinin başçısı təyin olunub

Azərbaycan prezidenti İlham Əliyev Emin Yaqub oğlu Eyyubovun Azərbaycan Respublikasının Avropa Şurası yanında daimi nümayəndəsi təyin edilməsi haqqında sərəncam imzalayıb. 525.az-ın məlumatına görə, prezidentin başqa bir sərəncamı ilə o, Azərbaycanın Belçika və Lüksemburqda səfir və Avropa İttifaqı yanında Nümayəndəliyinin başçısı vəzifələrindən geri çağırılıb.

Prezident Fuad Eldar oğlu İsgəndərovun Azərbaycanın Niderlandda səfiri və Kimyəvi Silahların Qadağan Olunması üzrə Təşkilatda daimi nümayəndəsi vəzifələrindən geri çağırılması barədə də də sərəncam imzalayıb. Fuad İsgəndərov digər sərəncamla Azərbaycanın Belçika Krallığında fövqəladə və səlahiyyətli səfiri və eyni zamanda Azərbaycanın Avropa İttifaqı yanında nümayəndəliyinin başçısı təyin olunub.

Dövlət başçısı həmçinin Azərbaycanın Niderland Krallığında yeni fövqəladə və səlahiyyətli səfirinin təyin olunması haqqında sərəncam imzalayıb. Bu ölkədə səfir postuna Mirhəmzə Nazim oğlu Əfəndiyev təyin olunub.

 





25.09.2012    çap et  çap et