525.Az

Xocalı facisəsi Xarkovda anılıb (FOTOLAR)


 

Xocalı facisəsi Xarkovda anılıb <b style="color:red">(FOTOLAR)</b>

"Xocalı faciəsi 20-ci əsrin ən amansız soyqrım aktıdır".

Bu fikir Xocalıya ədalət kompaniyası çərçivəsində Ukrayna Azərbaycanlıları Konqresinin Xarkov vilayət təşkilatının və Ukrayna Azərbaycanlı Gənclər Birliyinin Xarkov şəhərində təşkil etdiyi anım mərasimində vurğulanıb.

525.az-ın məlumatına görə, Xarkov vilayətində yaşayan bir sıra xalqların diaspora rəhbərlərinin,yerli icra hakimiyyəti nümayəndələrinin və KİV-ri təmsilçilərinin qatıldığı anım mərasimini  Ukrayna Azərbaycanlıları Konqresinin Xarkov Vilayət təşkilatının sədri Qurban Abbasov açaraq ,ermənilərin son 2 əsirdə azərbaycan xalqına və torpaqlarına qarşı həyata keçirtdikləri işğalçılıq və soyqrım siyasəti haqqında ətraflı məlumat verdi.Ermənistan sillahlı qüvvələrinin 21 il bundan öncə Xocalı şəhərində törətdikləri kütləvi qırğınları qəddarlıq baxımından bəşər tarixinin ən amansız səlnaməsi kimi səciyyələndirib.Mərasimdə diaspora fəallarından  Xaliq Əzizov Amil Abdullayev ,Ukrayna Azərbaycanlıları Konqresin Luqansk Vilayət təşkilatının sədri Asim Uğurluyev,Konqresin Poltava Vilayət təşkilatının sədri Telman Mahmudov  çıxış edərək, ermənilərin işğalçılıq siyasəti nəticəsində azərbaycan torpalarının 20 faizinin işğal olunduğunu,təcavüz nəticəsində 1 milyondan çox insanın oz döğma yurd yerlərindən didərgin salınmasından danışdılar.Bununla bağlı BMT-nin  4 qətnamə qəbul etməsinə baxmayaraq erməni qəsbkarlarının hələdə işğalçılıq siyasətini davam etdirdiyini vurğulayıblar.

  Sonra mərasımə qatılanlar Xocalı soyqrımı filminə baxmaqla ermənilərin xocalı şəhərində uşaqlara,qadınlara,qocalara və dinc əhaliyə qarşı həyata keçirtdikləri vəhşiliklərlə tanış olublar . Xocalıda baş verənləri   insanlığa yönəlik bəşəri  cinayət adlandıran Gürcü cəmiyyətinin sədri  Zurab Kiriya ,Xarkov Gənclər təşkilatının təmsilçisi Vladimir Deyev və bir sıra xalqların diaspora nümayəndələri

Xocalı faciəsini 20-ci əsrin ən amansız soyqrım aktı  adlandırıblar  Mərasimdə Ukrayna Azərbaycanlı Gənclər Birliyinin sədri Anar Tahirov çıxış edərək, Heydər Əliyev Fondunun vitse prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə Xocalıya Ədalət kompaniyası çərçivəsində dünyanın bir çox ölkələrində həyata keçirilən tədbirlərin erməni vandalizminin dünya ictimaiyyətinə çatdırılmasında müstəsna rol oynadığını vurğulayıb.Gec tez dünya birliyinin və beynəlxalq təşkilatların ermənilərin Xocalı şəhərində azərbaycanlılara qarşı  həyata keçirtdikləri soyqrım siyasətinə hüquqi siyasi qiymət verəcəklərinə əminliyini bildirib.

 





22.02.2013    çap et  çap et