525.Az

DİN, MTN və Baş Prokurorluq birgə əməliyyat keçirib


 

DİN, MTN və Baş Prokurorluq birgə əməliyyat keçirib<b style="color:red"></b> Daxili İşlər Nazirliyi və Baş Prokurorluq İmişli rayonunda baş vermiş cinayət hadisəsi ilə bağlı birgə məlumat yayıb.

Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanovun Lent.az-a verdiyi məlumata görə, respublikanın hüquq mühafizə orqanları tərəfindən həyata keçirilmiş təxirəsalınmaz istintaq-əməliyyat tədbirləri nəticəsində qeyri-aşkar şəraitdə törədilmiş daha bir ağır cinayətin qısa müddət ərzində açılması təmin edilib. Məlumata görə,  fevralın  16-da  İmişli  rayonunun  Cəfərli  kəndi ərazisində “VAZ-2107” markalı 66-BB-616 dövlət qeydiyyat nişanlı yanmış  avtomobildə İmişli şəhər sakini Məsudi Orucovun üzərində kəsilmiş-deşilmiş xəsarət olan  meyiti  aşkar  edilib  və  faktla  bağlı  rayon  prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

Daxili işlər, Milli təhlükəsizlik və prokurorluq orqanlarının əməkdaşları tərəfindən  həyata  keçirilən  təxirəsalınmaz  istintaq  və  əməliyyat-axtarış tədbirləri zəminində  əvvəllər  məhkum  olunmuş, rayon sakini, 1985-ci il təvəllüdlü, Niyəməddin Ağayev tərəfindən törədilməsi müəyyən edilib və o, tutularaq  istintaqa cəlb olunub.
 
N.Ağayev ilkin ifadəsində törətdiyi cinayət əməlini tam etiraf edib və ona  Cinayət  Məcəlləsinin  qeyd  edilən  maddəsi  ilə  nəzərdə  tutulmuş  ittiham elan  edilməklə  barəsində  məhkəmənin  qərarı  ilə  həbs  qətimkan  tədbiri seçilib.
 
Hazırda cinayət işi üzrə zəruri istintaq hərəkətləri davam etdirilir.
 





22.02.2013    çap et  çap et