525.Az

“Youthvision” mahnı müsabiqəsi hər il keçiriləcək”


 

“Youthvision” mahnı müsabiqəsi hər il keçiriləcək”<b style="color:red"></b> “Youthvision” beynəlxalq mahnı müsabiqəsi hər il keçiriləcək.
 
APA-nın məlumatına görə, bunu gənclər və idman naziri Azad Rəhimov müsabiqənin final mərhələsindəki çıxışında deyib.
 
Nazir qeyd edib ki, növbəti illərdə müsabiqədə iştirak edəcək ölkələrin sayı genişləndiriləcək: “Builki müsabiqədə 19 ölkə iştirak edir. İnanıram ki, gələcəkdə gənclər bu müsabiqəyə daha çox maraq göstərəcək və layihə uğurla davam edəcək”.
 
Qeyd edək ki, müsabiqənin ümumi mükafat fondu 6 min dollardır. Müsabiqənin keçirilməsinə 150 min manat vəsait sərf olunması nəzərdə tutulub. Yol xərcləri müsabiqədə iştirak edəcək iştirakçı və münsiflər tərəfindən ödənilir. Beynəlxalq tədbirdə 14-35 yaşlarında gənclər iştirak edir.
 





24.06.2016    çap et  çap et