525.Az

Yarım milyondan çox "Brexit" əleyhdarı yeni referendumun keçirilməsini tələb edib


 

Yarım milyondan çox "Brexit" əleyhdarı yeni referendumun keçirilməsini tələb edib<b style="color:red"></b> Böyük Britaniyanın Avropa İttifaqının tərkibindən çıxmasının əleyhdarları yeni referendumun keçirilməsini tələb edib.
 
APA-nın məlumatına görə, Böyük Britaniya parlamentinin saytında yerləşdirilən petisiyada belə deyilir.
 
Yeni səsvermə keçirilməsinin təşəbbüskarları hesab edirlər ki, "Brexit"-ə “hə” və yaxud “yox” deyənlərin sayı 60%-dən , seçkilərdə səs verənlərin ümumi sayı 75%-dən azdırsa, bu halda daha bir referendumun keçirilməsi zəruridir.
 
Petisiyanı artıq 515 811 nəfər imzalayıb.
 
Qeyd edək ki, iyunun 23-də Böyük Britaniyanın Avropa İttifaqında qalıb-qalmamasını müəyyənləşdirən referendum keçirilib. Vətəndaşların 52%-i Böyük Britaniyanın Aİ-dən çıxmasına, 48%-i isə İttifaqda qalmasının lehinə səs verib. Referendumda seçicilərin 71%-i iştirak edib.
 





25.06.2016    çap et  çap et