525.Az

Tarixdə bu gün


 

Tarixdə bu gün<b style="color:red"></b>

1992–ci il. İstanbulda Azərbaycanın da iştirakı ilə Qara dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı təsis edilib.

Təsis konfransı Türkiyə prezidenti Turqut Özalın təşəbbüsü ilə keçirilib.

1907–ci il. Azərbaycanın Xalq artisti Sona Hacıyevanın doğum günü (1907-1979).

Sona Hacıyeva 1920-ci ildən ömrünün sonunadək Akademik Milli Dram Teatrının səhnəsində çalışıb. "Bəxtiyar", "Qızmar günəş altında", "O olmasın, bu olsun", "Səhər" filmlərinə çəkilən Sona xanım milli kinomuzun tarixində də özünəməxsus iz qoyub.

1987–ci il. Sov.İKP MK-nın plenumunda “yenidənqurma” (“perestroyka”) haqqında qərar qəbul edilib.

Baş katib Mixail Qorbaçovun elan etdiyi yeniləşmə kursu, ilk növbədə, sosial-iqtisadi islahatları nəzərdə tutsa da, tezliklə siyasi və ideoloji sahəni də əhatə edib. “Yenidənqurma” siyasəti dörd il sonra SSRİ-nin süqutu ilə nəticələnib.

1950-ci il. Şimali Koreya ordusu Cənubi Koreya üzərinə hücuma keçib və Koreya müharibəsi başlayıb (1950-1953).

İkinci Dünya müharibəsi başa çatanadək Koreya yarımadası Yaponiyanın müstəmləkəsi olub. 1948-ci ildə SSRİ və ABŞ ordusunun hərbi müdaxiləsi nəticəsində ərazidə iki dövlət yaranıb – Koreya Respublikası və Koreya Xalq Demokratik Respublikası.

1991-ci il. Sloveniya və Xorvatiya müstəqilliklərini elan edib.

1993-ci il. Tansu Çillər Türkiyənin ilk qadın baş naziri olub (1993-1996). 

2009-cu il. Maykl Cekson vəfat edib (1958-2009).

Dünya pop musiqisinin kralı Maykl Ceksonun güclü ağrıkəsici sayılan propofolu ölümcül dozada qəbul etməsindən vəfat etdiyi bildirilir. Pop kralı Los-Ancelesin "Forest Lawn" xiyabanında dəfn edilib.

Doqquzuşaqlı ailənin 7-cisi olan Maykl səhnəyə ilk dəfə 5 yaşında çıxıb. Albomlarının satış sayı dünya üzrə 1 milyarda yaxındır. Ceksonun özünəməxsus səhnə davranışları, rəqs və musiqi zövqü dünya pop sənəti üçün yenilik olub. Pop ulduz ali titullardan sayılan Gremi mükafatına 13 dəfə layiq görülüb. Şəxsi həyatı qalmaqallarla dolu olan Cekson 3 dəfə evlənib və 3 övladı var

 





25.06.2016    çap et  çap et