525.Az

Qusarda selin fəsadları aradan qaldırılır


 

Qusarda selin fəsadları aradan qaldırılır<b style="color:red"></b>

Ötən gün Qusar rayonunda baş verən selin fəsadları aradan qaldırılır.
 
Qusar rayon İcra Hakimiyyətinin Fövqəladə Hallar Komissiyasından APA-nın yerli bürosuna verilən məlumata görə, əraziyə texnikalar cəlb olunub. Kuzun kəndinə gedən yolun açılması istiqamətində işlər aparılır. Bundan əlavə kənddə sıradan çıxan elektrik xətlərinin bərpası üçün işlər davam etdirilir.
 
Fövqəladə Hallar Nazirliyinin əməkdaşları tərəfindən evlərinə su dolan həyətlərdən nasoslar vasitəsilə su çəkilib.

Ümumilikdə güclü sel nəticəsində kənddə 22 evə ziyan dəyib. İki ev yararsız vəziyyətə düşüb. Yağan leysan yağışları nəticəsində yaranan sel kənddəki körpünün bir hissəsini sıradan çıxarıb. Sel kənddəki arıçılıq və heyvandarlıq təsərrüfatlara ciddi ziyan vurub.

Hazırda ərazidə müvafiq komissiya işləyir, dəymiş ziyanın miqdarı dəqiqləşdirilir.

 





25.06.2016    çap et  çap et