525.Az

“İspaniya həmişə İtaliyadan qorxub”


 

“İspaniya həmişə İtaliyadan qorxub”<b style="color:red"></b>

İspaniya milli komandasının sabiq futbolçusu Xavi Ernandes  “Avro-2016”nın 1/8 final mərhələsində keçiriləcək  İtaliya – İspaniya oyunu haqda danışıb.

Qol.az-ın məlumatına görə, ölkəsinin mətbuatına açıqlama verən 36 yaşlı yarımmüdafiəçi  İtaliyanın ispanlar üçün qorxulu rəqib olduğunu bildirib:

“Maraqlı oyun olacağına inanıram. Biz son Avropa çempionatının finalında  bu komandanı məğlub etmişik. Buna baxmayaraq, İspaniya həmişə İtaliyadan qorxub. İtaliya millisi hazırda “Atletiko” və “Barselona”nın oyun üslubunu özündə cəmləşdirib”.

Xavi komandaların fərqindən də danışıb: “Bu komandalar yarımfinal və ya finalda üz-üzə gələ bilərdi. Ancaq bir qədər tez qarşılşacaqlar. İspaniya topla daha çox oynayacaq. Komandamız topsuz oynaya bilmir. İtaliya isə əzmkar oyunu ilə fərqlənir”.
 
Qeyd edək ki, Xavi 2012-ci ildə keçirilən Avropa çempionatınını finalında İtaliya üzərində qazanılan 4:0 hesablı qələbədə iştirak edib.

 





25.06.2016    çap et  çap et