525.Az

Mayda bəzi kənd təsərrüfatı məhsulları bahalaşıb


 

Mayda bəzi kənd təsərrüfatı məhsulları bahalaşıb <b style="color:red"></b>

Kənd Təsərrüfatı Nazirliyi ötən ay bahalaşan və ucuzlaşan kənd təsərrüfatı məhsullarının siyahısını açıqlayıb.
 
Nazirlikdən “APA-Economics”ə verilən məlumata görə, bu ilin may ayında almanın “Simerenko” və “Palmet” sortu, armud “Düşes”, kivi (yerli) və şabalıdın (yerli) topdansatış qiyməti əvvəlki aya nisbətən artıb.
 
Məlumata görə, almanın “Simerenko” və “Palmet” sortunun qiyməti 20% (0,20 manat), armud “Düşes”in qiyməti 50% (1 manat), kivinin qiyməti (yerli) 15% (0,30 azn), şabalıdın qiyməti (yerli) 28,6% (2 manat) artıb.
 
Bundan başqa, digər məhsulların (kələm, xiyar, soğan, sarımsaq, bibər, kartof, portağal, heyva, fındıq və qoz) isə topdansatış qiyməti əvvəlki aya nisbətən aşağı olub və ya sabit qalıb.

Keçən ilin may ayı ilə müqayisədə bu ilin may ayında xiyar (Bakı), bibər (Türkiyə), balqabaq (Masallı), almanın “Palmet”, “Simerenko” və “Qala” sortu və armudun “Düşes” topdansatış qiyməti keçən ilin müvafiq dövrünə nisbətən artıb, digər kənd təsərrüfatı məhsullarının topdansatış qiyməti isə aşağı olub və ya sabit qalıb.

 





25.06.2016    çap et  çap et