525.Az

Faktiki hava şəraiti açıqlandı


 

Faktiki hava şəraiti açıqlandı<b style="color:red"></b> Ölkədə müşahidə olunan faktiki hava şəraiti açıqlanıb.
 
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeoroloji Proqnozlar Bürosundan 525.az-a verilən məlumata görə, ölkədə hava şəraiti əsasən yağmursuz keçib. Lakin iyunun 24-də axşam, 25-də bəzi şimal və qərb rayonlarında şimşək çaxıb, qısamüddətli yağış yağıb.

Şahbuz, Naxçıvan, Şərur, Gədəbəy, Ağstafa, Astara, Kəlvəz, Daşkəsən, Tovuzda (1.0-12.0 mm), Xınalıq, Qusarçay-Kuzunda leysan xarakterli olub (15.0 mm).
 
İyunun 24-də saat 16:10-16:25 radələrində Qusarçay-Kuzunda diametri 12 mm olan dolu düşüb.
 





25.06.2016    çap et  çap et