525.Az

Bakıda BP əməkdaşının meyiti tapıldı


 

Bakıda BP əməkdaşının meyiti tapıldı<b style="color:red"></b> Fevralın 23-nə keçən gecə Bakı şəhərinin Səbail rayonu ərazisində BP  (British Petrolium) şirkətinin vəzifəli əməkdaşının meyiti tapılıb. Rayon Polis İdarəsindən Lent.az-a verilən məlumata görə, Zərifə Əliyeva küçəsi  49, mənzil 12 ünvanında yaşayan Böyük Britaniya vətəndaşı 1962-ci il təvəllüdlü Arnold Brandın meyiti elə yaşadığı ünvanda tapılıb. Meyit ekspertizaya göndərilib. Ölümün səbəbi hələlik məlum deyil.
 
Faktla əlaqədar Səbail rayon Prokurorluğunda araşdırmalar aparılır.
 





23.02.2013    çap et  çap et