525.Az

Lənkəran Şəhər-Rayon Polis Şöbəsinin yeni rəisi şəxsi heyətə təqdim olundu


 

Lənkəran Şəhər-Rayon Polis Şöbəsinin yeni rəisi şəxsi heyətə təqdim olundu<b style="color:red"></b> Bu gün Lənkəran Şəhər-Rayon Polis Şöbəsinin (ŞRPŞ) yeni rəisi şəxsi heyətə təqdim olunub.
 
APA-nın cənub bürosunun məlumatına görə, Daxili İşlər nazirinin müavini, polis general-leytenantı İsmət Əliyev Lənkəran ŞRPŞ-nə yeni təyin olunmuş rəis İslam Hümbətovu şəxsi heyətə təqdim edib. 
 
Qeyd edək ki, Lənkəran ŞRPŞ-nin əvvəlki rəisi, polis polkovniki Möhübbət Hüseynov Daxili İşlər naziri, general-polkovnik Ramil Usubovun əmri ilə təqaüdə göndərilib.
 
Polis polkovniki İslam Hümbətov isə bu təyinata qədər Göyçay Rayon Polis Şöbəsinin rəisi vəzifəsində çalışıb.
 





25.06.2016    çap et  çap et