525.Az

Gülər Əhmədova təcridxanada namaz qılır


 

Gülər Əhmədova təcridxanada namaz qılır<b style="color:red"></b>

Gülər Əhmədovanın vəkili Eldar Qədimi sabiq deputatın səhhətinin günü-gündən pisləşdiyini deyib.
 
“Artıq onda zob xəstəliyi yaranıb. Bundan başqa, dalağında da genişlənmə var. Bunun səbəbi narahatlıq və əsəbdir. İndi Gülər xanıma "sançast"da baxırlar. Bu xəstəliklərin heç birini biz özümüzdən demirik. Məsələn, zobu həkimlər onun boğazında tapdılar. Digər diaqnozları da həmçinin. Ona müalicə lazımdır".

Vəkilin sözlərinə görə onların əsas məqsədi G.Əhmədovanın ev dustaqlığına nail olmaqdır: “Hər halda həkimlər baxıb qərarını verəcək. Müalicəsi fayda verməsə, "sançast"da qalmalıdır".

Vəkildən “Gülər Əhmədova sizdən Quran istəyibmi?” sualına o, sabiq deputatın özündə Quran olduğunu, bundan başqa, onun təcridxanada namaz da qıldığını deyib.

Bakı İstintaq Təcridxanasında saxlanılan  G. Əhmədova Cinayət Məcəlləsinin 178.3.2 və 307.2-ci maddələrində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirləndirilir. Onun barəsində məhkəmənin qərarı ilə həbs-qətimkan tədbiri seçilib.

"Yeni Müsavat"

 





23.02.2013    çap et  çap et