525.Az

YARAT-ın ARTIM Layihə Məkanı: "Parlaq işıqlar şəhərində"


 

YARAT-ın ARTIM Layihə Məkanı: "Parlaq işıqlar şəhərində"<b style="color:red"></b>

YARAT Müasir İncəsənət Məkanının ARTIM Layihə Məkanında "Parlaq işıqlar şəhərində" adlı qrup sərgisi açılıb.

AZƏRTAC xəbər verir ki, sərgi müxtəlif nəsillərdən olan azərbaycanlı rəssamları bir araya gətirir. Onlar əsərlərində müasir Bakıya, şəhərdəki böyük dəyişikliklərə öz bədii münasibətlərini bildirirlər. Bu rəssamlar şəhəri yumoristik, həssas, zahiri laqeydlik və tənqidi baxışlarla müşahidə edirlər. Onlar şəhərin hazırda qarşılaşdığı aktual suallar ətrafında hekayələr uydururlar.

"Parlaq işıqlar şəhərində" sərgisi Səbinə Şıxlinskaya və Samir Salahovun əsərləri ilə başlanıb. Səbinə Şıxlinskaya "Klaustrafobiya" adlı 2 ekranlı videoda özünü Bakı ətrafında bir divarın kənarı ilə gedərkən təsvir edib, bu təsvirin üzərinə eyni divarın tikintisindən görüntü əlavə olunub. Rəssam gəzişmək kimi sadə bir hərəkətlə sosial, mədəni və iqtisadi şəraitin şəhərin landşaftına dərin müdaxiləsini əks etdirir.

Samir Salahov Bakıda bina fasadlarının bərpa işləri nəticəsində yeni ağlay daşları və neo-klassik üslubuna oxşar ornamentlər ilə bəzədilən binaları əks etdirir. O, rəqəmsal formada üç ümumi ssenari modelini düzəldir və onları hərəkətdə olan həssas, linzavari panellər üzərində çap edərək, şəhər ətrafında baş verən sürətli dəyişikliklərə istinad edir.

Eldar Əkbərov qeyri-mövsüm zamanı boş çimərliklərdə çəkilişlər apararaq Bakı şəhərində qeyri-yaşayış yerlərinə metafora yaradır.

Orxan Hüseynov "30 fevral müharibəsi" adlı videosu müharibə zonasında çəkilmiş sənədli film kimi təqdim olunur. İlk baxışda izləyici bu hadisələrin Qara Yanvar (1990), Sovet ordusunun şəhərə daxil olduğu zaman baş verdiyini düşünür. Bu video ölkənin müstəqilliyi bərpa etmək yolunda keçdiyi çətinlikləri yenidən göstərir.

Gənc rəssamların əsərlərində isə Bakı gənclərinin mənəvi dünyası başqa perspektivdən təqdim edilir. Zamir Süleymanov keçmiş "Vətən" kinoteatrının içərisindəki çayxanada bakılı gəncləri çəkib. Ehtiram Cəbinin fotosu Novruz bayramı ərəfəsində İçərişəhərdə tez-tez rast gəlinən təqlidçilərin, milli rəmzlərin təsvir olunduğu "Novruzion" seriyasından götürülüb. Seymur Seyidbəylinin "Estetik səhvlər" seriyası qadınların özləri tərəfindən qadın şəxsiyyətinin yaradılmasına və əbədiləşdirilməsinə diqqəti cəlb edir. Sərgi Rəna Əfəndinin "Maye torpaq" və Zeyqəm Əzizovun "Simpozium" əsərlərinin sentimental notları ilə tamamlanır. Hər iki rəssam neçə vaxtdır ki, Azərbaycanın hüdudlarından kənarda yaşayır və seçilmiş əsərlər onların Bakıya uzaq perspektivdən münasibətinin təcəssümüdür.

Sərginin adı Tofiq Babayevin Sovet dövründə bəstələdiyi eyniadlı mahnıdan götürülüb. Afişası isə Mariya Nesterovanın "İntuourist" turizm agentliyinin 1938-ci ilin "Bakı" adlı rəsm-afişasından qaynaqlanır.

Sərgi iyulun 10-dək davam edəcək.

 





27.06.2016    çap et  çap et