525.Az

“Qarabağ Seyid Ocaqları adına bildirmək istəyirəm ki, bizlər dövlətin yanındayıq.”


 

“Qarabağ Seyid Ocaqları adına bildirmək istəyirəm ki, bizlər dövlətin yanındayıq.”<b style="color:red"></b> Dünən Azərbaycanın Ermənistanla cəbhə xəttində, Ağdamın Çəmənli kəndində “Qarabağa doğru – Haqqın və haqqımızın səsi” kampaniyası çərçivəsində azan səsi bərpa edilməsi ilə bağlı böyük tədbir keçirilib.

Tədbirin əsas təşkilatçısı Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi olub. Tədbirdə Qarabağ rayonlarının icra başçıları, Qarabağ Seyidləri, qazilər və ictimaiyyət nümayəndələri  iştirak edib.  Tədbirdə ilk çıxış edən Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Elşad İsgəndərov bildirib ki, “Qarabağa doğru – Haqqın və haqqımızın səsi” adlı tədbirin əsas hədəfi doğma Qarabağımızın işğaldan azadlığı yolunda insanlarımıza mənəvi ruh verməkdən ibarətdir. “Qarabağ Seyid Ocaqları”nın təmsilçisi şərqşünas Seyid Camal Əzimbəyli isə çıxış edərək tədbirin əhəmiyyətindən danışıb. S.C.Əzimbəyli bildirib ki, bu gün burada cəbhə xəttinin bir neçə kilometrliyində müqəddəs Əhli-Beyt təmsilçisi Seyid Lazım Ağanın uyuduğu mübarək məkanda Qarabağın azanının yenidən səsləndirilməsi insanlarımıza mənəvi və ruhi qidadır. S.C.Əzimbəyli söyləyib: “Mən inanıram ki, öz qazi Qarabağ azanına sahib çıxan Azərbaycan dövləti bu ilahi çağırış ilə tezliklə Qarabağ torpaqlarının azad olunmasına da nail olacaq. Bu yolda dövlətə dəstək olmaq isə hər bir ölkə vətəndaşının müqəddəs borcudur. Məhz buna görə də bütün Qarabağ Seyid Ocaqları adına bildirmək istəyirəm ki, bizlər dövlətin yanındayıq.”

yeniufuq.az
 





23.02.2013    çap et  çap et