525.Az

Əcnəbilərin ödədiyi ƏDV ölkəni tərk edəndə geri qaytarılacaq


 

Əcnəbilərin ödədiyi ƏDV ölkəni tərk edəndə geri qaytarılacaq<b style="color:red"></b>

Azərbaycanda qeyri-kommersiya məqsədi ilə mal alan əcnəbi və vətəndaşlığı olmayan şəxslərin ödədikləri əlavə dəyər vergisi (ƏDV) ölkəni tərk etdikləri zaman onlara geri qaytarılacaq.

Qeyd edək ki, Milli Məclisin (MM) dünən keçirilən növbədənkənar sessiyasının plenar iclasında bununla bağlı Vergi Məcəlləsinə əlavə və dəyişikliklər edilib. Məcəllənin 165.1.3-cü maddəsinə edilən dəyişikliyə əsasən əcnəbilər və vətəndaşlığı olmayan şəxslər tərəfindən Azərbaycan Respublikası ərazisində əlavə dəyər vergisinin qaytarılması qaydasında satıcı kimi qeydiyyata alınmış vergi ödəyicilərindən əldə edilmiş istehsal, yaxud kommersiya məqsədləri üçün nəzərdə tutulmayan malların ixracından ƏDV sıfır (0) dərəcəsi ilə tutulacaq.
 
Məcəlləyə əlavə edilən 165.3-cü maddəyə görə isə, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər tərəfindən Azərbaycan ərazisində alınmış istehsal, yaxud kommersiya məqsədləri üçün nəzərdə tutulmayan mallara görə ödənilmiş ƏDV-nin qaytarılması qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Layihə səsverməyə çıxarılaraq qəbul edilib.

KAMİL

 





27.06.2016    çap et  çap et